Yolunuzda uzqdan görünən daşlar Siz onlara yaxınlaşanda çiçəklərə çevrilsinlər

Dəyərli jurnalist, həmkarlarına doğmalıq qayğısı göstərməyi ilə xüsusi seçilən Arzu Şirinovanın doğum günüdür.

 

Nə yaxşı ki, belə bir şəxsiyyət bizimkidir və jurnalistdir. Arzu xanımın qələmindən çıxan hər cümlə onun ürəyndən qidalanır. Elə ona görə də yazdıqları sevə-sevə oxunur.

 

Arzu Şirinovanı redaktorlar redaktoru adlandırırlar. Bu günün neçə-neçə baş redaktoru, redaktoru Arzu xanımın məktəbinin yetirməsidir. Bu məktəb həm də ocaqdır – istidir, doğmadır, işıqlıdır.

 

Var olma gününüz mübarək, Arzu Şirinova. Yolunuzda uzqdan görünən daşlar Siz onlara yaxınlaşanda çiçəklərə çevrilsinlər.

 

Mediaekspert.az